Shenbe, 18.05.2024, 06:51
Приветствую Вас Гость | RSS

www.duman.az - Tezliklə

Меню сайта
Оцените мой сайт
Bütün cavablar: 45

Главная » 2010 » Fevral » 3 » 10 ƏCNƏBİ BİZƏ "EUROVİSİON" MAHNISI YAZMAQ İSTƏYİR
20:19
10 ƏCNƏBİ BİZƏ "EUROVİSİON" MAHNISI YAZMAQ İSTƏYİR
Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin və onun ifa edəcəyi mahnının seçimi martın 1-dək yekunlaşacaq. Bu açıqlamanı APA-ya “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. O mahnı yazılması üçün artıq yerli və xarici bəstəkarlara müraciət olunduğunu bildirib: “Mahnıların qəbulu fevralın 20-dək davam edəcək və daha ahəngdar mahnı seçiləcək. Təmsilçimizin ifa edəcəyi mahnının seçilməsi zamanı münsiflərin rəyi nəzərə alınacaq. Əvvəlki illərdən fərqli olaraq bu il seçiləcək mahnı finala keçən üç namizədin ifasında hazırlanaraq qərar üçün münsiflərin ixtiyarına veriləcək. Namizədin ifa tərzinə uyğun olaraq təmsilçi müəyyənləşdiriləcək”.

A. Kərimlinini sözlərinə görə, seçiləcək mahnı üçün dekabrın əvvəllərindən xarici bəstəkarlara müraciət edilib: “10-a yaxın bəstəkar artıq “Eurovision-2010”da oxunacaq mahnı yazmaq üçün bizə müraciət edib. Həmin bəstəkarların hamısı əcnəbilərdir. Ancaq onların sırasında Araş yoxdur”.

Nümayəndə heyətinin rəhbəri “Eurovision-2010” müsabiqəsində Azərbaycanı məhz Səfurə Əlizadənin təmsil edəcəyi barədə xəbərləri təkzib edib: “Əgər bizim əvvəlcədən kimisə göndərmək məqsədimiz olsaydı, o zaman heç milli seçimi belə keçirməzdik və öz təmsilçimizin adını açıqlayardıq. Milli Yayım Şurası olaraq bizim öz təmsilçimizi seçib göndərmək hüququmuz var. Necə ki, TRT milli seçim keçirmədən “ManGa” qrupunun təmsilçiliyini irəli sürdü”.

APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan təmsilçisinin “Eurovision-2010” müsabiqəsində ifa edəcəyi mahnının müəllifləri müəllifləri artıq məlumdur. “Telenor Arena”da ifa ediləcək mahnının bəstələnməsi ABŞ-ın tanınmış prodüseri Timbalanda həvalə olunub. Prodüser-bəstəkarın Castin Timberleykin tanınmasında müstəsna xidmətləri var. Hazırda isə Timbaland tanınmış müğənni Rihanna ilə çalışır.

Просмотров: 1322 | Добавил: UJAS_ALLIANCE | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:
«  Fevral 2010  »
B.EC.ACerC.ACuSB
1234567
891011121314
15161718192021
22232425262728
Мини-чат

Copyright MyCorp © 2024
Бесплатный хостинг uCoz